Ana Sayfa > Özəl > Mühüm əməkdaşlıq istiqaməti

Mühüm əməkdaşlıq istiqaməti


6-04-2024, 11:08. Yazar: sevinc1
Mühüm əməkdaşlıq istiqaməti

4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesson Azərbaycana rəsmi səfəri baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevlə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun təkbətək və geniş tərkibdə görüşləri keçirilmişdir. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. Dövlət başçıları görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında diqqəti bir sıra mühüm məsələlərə yönəltmişdir. Prezident bəyan edib ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması diqqətdən kənarda qalmır. Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Ədalətə və beynəlxalq hüquqa söykənən xarici siyasətimiz diplomatik uğurlarımızın davamlılığında, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasında, yeni əməkaşlıq formatlarının və sülh gündəliinin müəllifi kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Təkcə cari ilin arxada qalan dövründə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə və əhatə etdikləri mövzulara diqqət yetirmək kifayətdir. Hər bir tədbir, həmçinin reallaşan qarşılıqlı səfərlər Azərbaycanın artan nüfuzu ilə yanaşı, ayrı-ayrı sahələrdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir.Konqo Prezidenti belə bir inamı ifadə edib ki, danışıqlarımızın nəticələrindən çox məmnunuq. Burada bizə göstərilən səmimi və dostcasına qəbula görə çox xoşbəxtik. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi qeyd edilib. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Konqo Prezidenti Azərbaycanla bu sahədə əlaqələrin böyük perspektivi olduğunu, ölkəmizin zəngin təcrübəsindən istifadə etməkdə qərarlı olduqlarını diqqətə çatdırdı. Azərbaycanın bu il mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcəyi təqdir olundu və cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır, burada Konqo ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər. Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycanın söz sahibliyini daha da möhkəmləndirir.  Ölkəmizin yaratdığı yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, dünyanın xarici siyasətinin gündəliyinin Azərbaycanda müzakirəsini şərtləndirir. Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyinə yeni-yeni əlavələr edir.Ona görə də ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartlara qarşı birlikdə mübarizə aparacaq.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı


Geri dön