Ana Sayfa > Özəl > Məkrli Qafqaz marağı -- ŞƏRH.

Məkrli Qafqaz marağı -- ŞƏRH.


5-04-2024, 15:17. Yazar: sevinc1
Məkrli Qafqaz marağı -- ŞƏRH.

Fikrimcə hazırda dünyanın böyük güc dövlətləri bölgəmizin həm siyasi,həm də ictimai gərginləşməsi-nə səbəb olacaq qeyri-formal görüşlərin olması yox, sülhün dahada möhkəmlənməsinə dəstək məqsədi ilə, bölgədə hər iki dövlətə Azərbaycan və Ermənistana yaxından kömək etməklə,vəziyyətin yaxşılaşmasına
önəmli kömək etmiş olardılar.Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə,qətiyyətli şəkildə vurğulamışdır ki,"Azərbaycanın Zəngəzur dəhlizi açılacaqdır!". Hansı ki, qeyd etmək yerinə düşər ki, ölkə rəhbəri İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın Brüsseldə üçüncü üçtərəfli görüş zamanı Zəngəzur dəhlizi ilə əlaqədar ortaq - razılıq əldə olunmuşdur.Qarşı işğalçı Ermənistan tərəfi isə kommunikasiyaların bərpası,yeni dəhlizin açılması üçün məqsədli olaraq vaxtı uzatmağa,qeyri-müəyyən səbəbə və müxtəlif bəhanələrlə bu məsələdən qaçmağa və süni əngəllər yaratmaqla məşquldur.
Şübhəsiz ki,ermənilərin və tərəfdarlarının bölgədə bütün çirkin əməlləri dünya tərəfindən açıq-aşkar görünür.Bütün bunlara baxmayaraq, ümummili Zəfərimizi, diplomatik müstəvidə güclü iradə və böyük ustalıqla möhkəmləndirərək,son 200 illik müddətdə mümkün olmayanı, mümkün edərək, mühüm tarixi hadisəyə çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyev öz gərgin fəaliyyəti ilə sülhü təmin etdi və geostrateji vəziyyəti müəyyənləşdir-di.Bununlada cənab Prezident işğalçı Ermənistanı və rəhbərliyini konstruktiv mövqeyə məcbur etdi.
İlk olaraq birmənalı olaraq qeyd edim ki, Qərbin ən böyük, inkişaf etmiş ölkələrindən biri olan Fransa-rəsmi Paris dördtərəfli format yaratmaqla, ümumiyyətlə bu təşəbbüsü ilə açıq-aydın bölgədə
gərginlik gətirmək fikrindədir.Qarşı, erməni tərəfinin isə silahlandırılması bunun tərkib hissəsidirDiqqətinizi bir məqama xüsusi çəkmək istəyirəm, Fransa respublikasının işğalçı Ermənistanla bəzi məqamda yolları birləşir.Açıq desəm bu yollardan, insan hüquqlarının kobud şəkildə pozulması,tapdan-masını qeyd etmək, misal göstərmək istəyirəm. Məsələn rasist Fransa dövləti Əlcəzairdə və ya elə Ruandanın özündə misli görünməyən vəhşiliklə soyqırım törətmişdir.Bu gün isə müttəfiqi olan Ermənistan ötən əsrin son 10 illiyində, ən böyük facilərdən birini,Xocalı soyqırımını bütün dünyanın gözü önündə, uşaq-böyük, qadın-kişi, yaşlı-cavan bilmədən, amansızlıqla törətdi.Baxın Paris ilə İrəvan arasında belə oxşar cəhətlər həddindən ziyadə çoxdur.Beləliklə hər iki dövlətin, Fransa və Ermənistanın təcavüzə, zora söykənən siyasi baxışlarında oxşarlıq, hətta əksər hallarda eynilik vardır.İrəvanı özünün təsirinə, hətta kölgəsinə belə daxil etməklə, bölgəmizə gəlməyə çalışan rəsmi Fransa, başqa sözlə desəm bütün çirkin oyunlardan açıq şəkildə istifadə edir.İşğalçı Ermənistan-da rəsmi Parisin bölgəmiz üçün hesabladığı bu iyrənc siyasətini, davranışını dırnaqarası qarşılıqlı əlaqə adı verməyə çalışsa da, görünən mənzərə açıq-aydın ortadadır.
Demək bu qarşılıqlı münasibətlər zəminində yalnız və yalnız şəxsi maraqlar dayanır.Hər iki dövlətin maraqlarının təminatı üçün isə işğalçı Ermənistanın sonu uçurumdur.
Mərkəzi Avropanın adından arxayınlıqla danışmağı və bunu dünya üçün özünə vəzifə hesab edən rəsmi Paris işğalçı Ermənistan rəsmilərini elə bu yollada aldadır, hətta gözəl səslənən sözlərlə Ermənistanı buna inandıraraq, özünü daha böyük ermənistan görməyə məcbur edir.
Məhz bütün bunları,əməkdaşlıq adı ilə də dünyaya göstərməyə çalışırlar.İşğalçı Ermənistan və onun rəhbərliyidə bu gün məhz Avropa İttifaqı ilə öz arasında hər hansı əməkdaşlığın mövcudluğunu sübut etmək və göstərmək istəyir.Düşünürəm ki, buda boş bir xəyaldan başqa bir sey deyildir.
Rəsmi Parisin əsl niyyəti Qafqazda Azərbaycan və işğalçı Ermənistanla arada, sülhə gedən yolu daha da çətinləşdirməyə, hətta mümkünsüz etməyə çalışmaqdır.
Sonda vurğulamaq istəyirəm ki, tarixi haqqı və ədalətin, müstəqil və müasir Azərbaycanın suverenliyinin tam təminatçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkədə və bölgədə yürütdüyü sülh, balans siyasətinə qarşı olan istənilən xarici və daxili qüvvələr sürətlə məhvə doğru gedəcəkdir.Beləliklə Fransanın və onun kimi ölkələrin Qafqaza, bölgəmizə olan marağı çox məkrlidir və qeyd etmək istəyirəm ki, işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda verməyəcəyi hər kəsə açıq- aşikar aydın olmalıdır.

YAP Saatlı rayonu 15 saylı ƏPT-n sədri Vüqar Məmmədov.
Geri dön