Ana Sayfa > Ölkə > Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı5-04-2024, 09:38. Yazar: sevinc1 |
Aprelin 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb. aia.az Geri dön |