Ana Sayfa > Özəl > Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1100-ə yaxın yaralı var
Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1100-ə yaxın yaralı var5-04-2024, 09:21. Yazar: sevinc1 |
Yenilənmiş statistik məlumatlara görə, 705 nəfər hələ də əlçatmaz ərazilərdə yardım gözləyir, o cümlədən 500 nəfər Taroko Milli Parkının dağlıq ərazilərində sıxışıb. Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, yaralıların sayı isə hazırda 1106 nəfərdir, Tayvan böhrana cavab mərkəzi öz bülletenində bildirib. Yenilənmiş statistik məlumatlara görə, 705 nəfər hələ də əlçatmaz ərazilərdə yardım gözləyir, o cümlədən 500 nəfər Taroko Milli Parkının dağlıq ərazilərində sıxışıb. 18 nəfərin taleyi məlum deyil. Çərşənbə günü səhər Tayvanda 25 ilin ən güclü zəlzələsi baş verib. 7,2 bal gücündə yeraltı təkanlar yerli vaxtla səhər saat 7:58-də Hualien qraflığında baş verib və bütün Tayvanda hiss olunub. Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahilindəki Hualien şəhərindən 25 kilometr cənub-şərqdə, ocağı 15,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Çinin şərqindəki Fujian və Jiangxi əyalətlərində açıq şəkildə hiss olunub. aia.az Tərcümə söbəsi Geri dön |