Ana Sayfa > Ölkə > Güclü küləkdə xəsarət alanların sayı açıqlandı

Güclü küləkdə xəsarət alanların sayı açıqlandı


4-04-2024, 18:03. Yazar: sevinc1
Güclü küləkdə xəsarət alanların sayı açıqlandı

Bu gün güclü külək səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb.

Bu barədə aia.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

aia.az
Geri dön