Ana Sayfa > Ölkə > Yağış yağacaq, dolu düşəcək -

Yağış yağacaq, dolu düşəcək -


4-04-2024, 16:57. Yazar: sevinc1
Yağış yağacaq, dolu düşəcək -

Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

aia.az
Geri dön