Ana Sayfa > Karusel / Cəmiyyət > "Toy və yas mərasimlərində israfçılıq pik həddə çatıb" -

"Toy və yas mərasimlərində israfçılıq pik həddə çatıb" -


4-04-2024, 11:12. Yazar: sevinc1
"Toy və yas mərasimlərində israfçılıq pik həddə çatıb" -

"Bu gün ölkəmizdə toy və yas mərasimlərində israfçılıq ən pik həddə çatıb. İnsan bilmir dünyasını dəyişən yaxını üçün yas tutsun, yoxsa məclis təşkil etmək üçün yer axtarsın".

aia.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, dəfələrlə bu məsələyə həm Milli Məclisdə, həm də mediada geniş toxunub:

"Bu məsələnin iki həlli yolu var. Ya hüquqi baza yaradıb onun əsasında prosesi tənzimləməli, ya da insanların özləri şüurlu səviyyədə bu prosesə getməlidirlər. Əks halda, cəmiyyət uzun illər bu problemdən əziyyət çəkəcək".

aia.az
Geri dön