Ana Sayfa > Özəl > Pentaqon humanitar konvoya zərbə endirilməsi ilə bağlı İsraili hiddətləndirib

Pentaqon humanitar konvoya zərbə endirilməsi ilə bağlı İsraili hiddətləndirib


4-04-2024, 08:37. Yazar: sevinc1
Pentaqon humanitar konvoya zərbə endirilməsi ilə bağlı İsraili hiddətləndirib

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallanta beynəlxalq World Central Kitchen (WCK) təşkilatına vurulan zərbədən hiddətləndiyini bildirib. Bu barədə RİA Novosti Pentaqona istinadən yazır.ABŞ Hərbi Departamentinin bildirdiyinə görə, hücum nəticəsində bir amerikalı da daxil olmaqla humanitar konvoyun yeddi əməkdaşı həlak olub. Ostin Gallantı tez və şəffaf araşdırma aparmağa çağırıb. Onun fikrincə, İsrail öz tapıntılarını açıq şəkildə paylaşmalı və günahkarları məsuliyyətə cəlb etməlidir.Ostin həmçinin Qəzza zolağında yardım işçilərini və fələstinli mülki insanları qorumaq üçün hərəkətə keçməyə çağırıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzaya 7 xeyriyyəçinin ölümünə səbəb olan zərbəni səhv adlandırmışdı.

aia.az
Tərcümə şöbəsi
Geri dön