Ana Sayfa > Özəl > "Onları bu cinayətə görə peşman edəcəyik"/ İmam Xameneinin İsrailin İran səfirliyinə hücumu ilə bağlı mesajı

"Onları bu cinayətə görə peşman edəcəyik"/ İmam Xameneinin İsrailin İran səfirliyinə hücumu ilə bağlı mesajı


3-04-2024, 20:07. Yazar: sevinc1
"Onları bu cinayətə görə peşman edəcəyik"/ İmam Xameneinin İsrailin İran səfirliyinə hücumu ilə bağlı mesajı

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei sionist rejimin Dəməşqdəki İran səfirliyinə hücumunda general Məhəmməd Rza Zahidi və onun bir sıra döyüşçülərinin şəhadəti münasibəti ilə çərşənbə axşamı günü müraciətində deyiblər: İranın igidləri insanlar qəsbkarın mənfur sionist rejimini bu cinayət və buna bənzər əməllərindən peşman edəcəklər.

Ayətullah Xameneinin mesajının tam mətnini təqdim edirik:

“Rəhman və Rəhim olan Allahın adı ilə”.

İslamın şücaətli və fədakar komandiri general-mayor Məhəmməd Rza Zahidi döyüş yoldaşı general Məhəmməd Hadi Hacı Rəhimi ilə birlikdə qəsbkar və mənfur sionist rejimin cinayəti nəticəsində şəhid oldu. Allahın və Onun Dostlarının salamı və rəhməti onların və bu hadisənin digər şəhidlərinin üzərinə olsun, lənət olsun zülmkar və işğalçı rejimin başçılarına. Şəhidlərimiz öz mehriban Allahlarından uzun müddətdir apardıqları mübarizənin qəbulu nişanına nail olublar və indi [Allahın] Dostları və Salehləri yanında ilahi nemətlərə qovuşmuşlar.

General Zahedi 1980-ci illərdən təhlükə və mübarizə meydanlarında şəhidlik gözləyir. Onlar heç nə itirməyiblər və mükafatlarını alıblar. Lakin onların itkisinin kədəri İran xalqı, xüsusən də onları tanıyanlar üçün ağırdır.

Zalım rejim igidlərimiz tərəfindən cəzalandırılacaq. Allahın köməyi və qüdrəti ilə onları bu və buna bənzər cinayətlərdən peşman edəcəyik.

Salam olsun Allahın saleh bəndələrinə

Seyid Əli Xamenei"



Sionist rejim döyüşçülərinin bazar ertəsi axşam İranın Dəməşqdəki səfirliyinin konsulluğuna hücumu zamanı, general Məhəmməd Rza Zahidi və general Məhəmməd Hadi Hac Rəhimi, iki komandir və Müqəddəs Müdafiə veteranları (İraqın İrana qarşı qoyduğu 8 illik müharibə) və Suriyadakı yüksək səviyyəli hərbi məsləhətçilər daha 5 zabitlə birlikdə şəhid olublar.

İran hərbi qüvvələrinin bir hissəsi Suriya hökumətinin rəsmi tələbi və dəvəti ilə Qərbi Asiyada təhlükəsizliyin qorunmasına kömək etmək və Suriya hərbi qüvvələrinə terrorizmlə mübarizədə məsləhət xidmətləri göstərmək üçün Qüds Korpusu çərçivəsində Suriyada iştirak edir. Xüsusilə İŞİD terror qruplaşması ilə mübarizə.

aia.az
Tərcümə şöbəsi
Geri dön