Ana Sayfa > Karusel / Gündəm > DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda
DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda3-04-2024, 13:33. Yazar: sevinc1 |
Xarici ölkəyə casusluqda ittiham olunan politoloq Nəzakət Məmmədovanın haqqında həbs qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb. aia.az xəbər verir ki, bu barədə Axar.az-a Səbail Rayon Məhkəməsinin spikeri Rəna Qafarova məlumat verib. "Mart ayının 15-də istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.2 maddəsinə əsasən (xüsusilə ağır cinayətlər üzrə - red.) 5 ay uzadılıb", - R. Qafarova bildirib. Qeyd edək ki, bundan əvvəl ötən il noyabrın 19-da keçirilən məhkəmə iclası zamanı Nəzakət Məmmədovanın həbs müddəti 4 ay uzadılmışdı. Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb. AİA.AZ Geri dön |