Ana Sayfa > Özəl > Reuters: ABŞ Ukraynaya kömək etmək üçün LNG ixracına qoyulan qadağanı ləğv edəcək

Reuters: ABŞ Ukraynaya kömək etmək üçün LNG ixracına qoyulan qadağanı ləğv edəcək


3-04-2024, 09:46. Yazar: sevinc1
Reuters: ABŞ Ukraynaya kömək etmək üçün LNG ixracına qoyulan qadağanı ləğv edəcək


ABŞ mayeləşdirilmiş təbii qazın ixracına qoyulan qadağanı aradan qaldırmaq istəyir. Ağ Evdəki mənbələr deyirlər ki, bu, Konqresdə Ukraynaya yardım paketi üzrə razılığa nail olmaq üçün lazımdır.
“ABŞ rəsmiləri Ukraynaya yardım paketinin Konqres tərəfindən qəbul edilməsi üçün [ABŞ] prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın ixracını təsdiqləməkdə verdiyi fasiləyə son qoymağa hazırdırlar. Bununla belə, onlar hər hansı qərar qəbul etməzdən əvvəl bütün təkliflə tanış olmaq üçün gözləmək istəyirlər”, - Reuters öz mənbələrinə istinadən yazır.Prezident Co Baydenin qaz ixracını məhdudlaşdırmaq qərarı ABŞ iqtisadiyyatını sarsıdacaq. 360 telekanalı xəbər verir ki, Texasın baş prokuroru Ken Paxton 16 ştatın Ağ Evə qarşı iddia qaldırdığını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi

Geri dön