Ana Sayfa > Aia TV > Sabirabaddakı dəhşətli avtobus qəzasında ölən və yaralananların kimlikləri məlum oldu

Sabirabaddakı dəhşətli avtobus qəzasında ölən və yaralananların kimlikləri məlum oldu


11-10-2016, 16:23. Yazar: admin
Sabirabaddakı dəhşətli avtobus qəzasında ölən və yaralananların kimlikləri məlum oldu

Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu bildirilir.

Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.

Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön