Ana Sayfa > Özəl > Fələstində fəaliyyətə başlayan yeni hökumət ilk iclasını keçirib

Fələstində fəaliyyətə başlayan yeni hökumət ilk iclasını keçirib


2-04-2024, 21:21. Yazar: sevinc1
Fələstində fəaliyyətə başlayan yeni hökumət ilk iclasını keçirib

Fələstinin baş naziri Məhəmməd Mustafa Ramallahdakı baş nazirlik binasında qurduğu yeni kabinetlə görüş keçirib.Fələstin Muxtariyyətində baş nazir Məhəmməd Mustafanın rəhbərlik etdiyi yeni hökumət and içib. Mustafa yeni hökumətin “ən mühüm milli prioritetinin” Qəzzada müharibəni bitirmək olduğunu bəyan edib.O, onların əsas məqsədinin müharibədən sonra Qəzza və Fələstin torpaqlarının yenidən qurulması olduğunu açıqlayıb.

Mustafa Ramallahda baş nazirlikdə qurduğu yeni kabinetlə görüş keçirib.

Baş nazir Mustafa həm də xarici işlər naziri vəzifəsini icra edəcək. Yeni hökumət 23 nazirdən ibarətdir. Nazirlərdən 4-ü qadındır. 6 nazir Qəzzadandır.

Onların arasında Qəzzanın keçmiş meri Məcid Əbu Ramazan da var. Ramallah administrasiyası 2007-ci ildə HƏMAS-ın hakimiyyəti ələ keçirməsi ilə Qəzzaya nəzarəti itirib.

88 yaşlı Fələstin lideri Mahmud Abbas müharibədən sonra işğal altındakı İordan çayının qərb sahili və Qəzzanı vahid administrasiya altında birləşdirməyi hədəfləyir.

aia.az
Tərcümə şöbəsi
Geri dön