Ana Sayfa > Karusel / Ölkə > "TikTok"da 1 yaşlı oğluna siqaret çəkdirən ata saxlanıldı

"TikTok"da 1 yaşlı oğluna siqaret çəkdirən ata saxlanıldı


2-04-2024, 11:37. Yazar: sevinc1
"TikTok"da 1 yaşlı oğluna siqaret çəkdirən ata saxlanıldı

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimovun aia.az-a dediyinə görə, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

aia.az
Geri dön