Ana Sayfa > İdman > Azərbaycan Kuboku:

Azərbaycan Kuboku:


2-04-2024, 09:49. Yazar: sevinc1
Azərbaycan Kuboku:

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

aia.az xəbər verir ki, ilk olaraq “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

“Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.

“Köhlən atlar” ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, “Neftçi” isə axırıncı 3 oyunda qol vurmayıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” - “Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

aia.az
Geri dön