Ana Sayfa > Təhsil > Qərəzli tənqidin zərəri - Söz və fikir azadlığından sui-istifadə etməməlidir
Qərəzli tənqidin zərəri - Söz və fikir azadlığından sui-istifadə etməməlidir1-04-2024, 16:15. Yazar: sevinc1 |
Son günlər Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya qarşı qaralama kampaniyası müşahidə olunur. Rəhbər şəxslərin fəaliyyətinin tənqid olunması cəmiyyətin və medianın haqqı olsa da, bu tənqid şəxslər üzərindən edilirsə, bu tənqiddən daha çox qaralama kampaniyasıdır. Rəhbər şəxslərin fəaliyyətinə başçılıq etdikləri sahənin nəticələrinə görə dəyərləndirmək lazımdır. Abdullayeva İlhamə Sarif qızı Təhsil nazirinin 29 aprel 2022-ci il tarixli əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. İlhamə Abdullayevanın bu vəzifədə uğurlu olub-olmamasını müəyyən etmək üçün Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərin buraxılış və ali məktəbə qəbul üzrə imtahanların nəticələrini müqayisə etmək lazımdır. Bu ilin buraxılış imtahanlarının nəticələri tam açıqlanmadığı, qəbul imtahanlarının isə hələ keçirilmədiyini nəzərə alaraq ötən ilin göstəricilərinə baxmaq lazımdır. Ötən ilin göstəricələrinə görə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərinin şagirdləri buraxılış imtahanından ən yüksək nəticə göstərməsi ilə fərqlənib. Ötən ilin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsinin əhatə etdiyi region ölkənin regionları üzrə ən öndədir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin bu uğuru təbliğ və təşviq olunmalı olduğu halda, idarənin müdirəsi İlhamə Abdullayeva qarşı qarayaxma kampaniyası aparılır. Bu zaman uğurlara kölgə sala bilməyənlər Təhsil İdarəsinin müdirəsinə qarşı kadrların üzərindən hücum etmək taktikasını seçiblər. Ancaq anlamırlar ki,idarəçilik bir komanda işidir. Rəhbər şəxslərin məsul olduqları sahədə uğur qazanmaq üçün öz komandalarını formalaşdırmaq hüquaları olmalıdır. Təhsil sistemində islahatların bir çox tərəfdarları hesab edir ki, hətta məktəb direktorlarına da öz komandalarını, məktəbin müəllim heyyətini seçmək hüququ verməlidir. Əgər rəhbər şəxslər müəyyən qərarlar qəbul etmək hüququndan məhrum ediləcəksə, heç bir uğur qazana bilməz. Ona görə də rəhbər şəxslərin müəyyən qərarlar qəbul etmək, müəssisələrin isə müəyyən muxtariyyatı olmalıdır. Rəhbər şəxslərin fəaliyyətinə isə başçılıq etdiyi müəssisənin, təşkilatın uğurlarına və ya uğursuzuğuna görə qiymət vermək lazımdır. Bu prinsipdən çıxış edilsə, tənqid də faydalı və qərəzsiz olar. Qərəzli tənqidçilər isə həmişə “nöqsan” tapacaqlar. Qərəzli tənqid isə fayda vermədiyi kimi, zərər verir. Qərəzli tənqid söz və fikir azadlığına ən böyük zərbə vuran haldır. Beləliklə də, rəhbər şəxsləri qərəzli olaraq tənqid edənlər sağlam tənqidi də etibarsızlaşdırlar. Halbuki hər bir sahədə, hər bir rəhbər şəxsin fəaliyyətində nöqsanlı məqamlar var. Bu nöqsanlı məqamlar doğru və qərərsiz müəyyən edilib tənqid edildikdə, ümumi işin xeyrinə fayda verər. Məsələn, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeçiliyinə olan təhsil müəssiələrinin nəticələrini təhlil etməklə nöqsanlı sahələri üzə çıxarmaq, bununla ümumi işə fayda vermək olar. Bunun əvəzində qarayaxma üsulunun seçilməsi heç bir fayda vermədiyi kimi, ancaq zərər verə bilər. Ən böyük zərər isə söz və fikir azadlığına dəyir. Buna görə, hər bir qələm sahibi diqqətli olmalı, söz və fikir azadlığından sui-istifadə etməməlidir. Arzuman Loğmanoğlu Sozcu.info Geri dön |