Ana Sayfa > Təhsil > İş yerini dəyişmək istəyən müəllimlərin

İş yerini dəyişmək istəyən müəllimlərin


1-04-2024, 15:24. Yazar: sevinc1
İş yerini dəyişmək istəyən müəllimlərin

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

Bu barədə aia.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, müsabiqə üzrə elektron ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.

aia.az
Geri dön