Ana Sayfa > Ölkə > Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanıldı1-04-2024, 10:08. Yazar: sevinc1 |
30-31 mart tarixlərində ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb. aia.az Geri dön |