Ana Sayfa > Özəl > Media: ABŞ və İsrail Rafahdakı hərbi əməliyyata alternativləri müzakirə edəcək

Media: ABŞ və İsrail Rafahdakı hərbi əməliyyata alternativləri müzakirə edəcək


1-04-2024, 09:38. Yazar: sevinc1
Media: ABŞ və İsrail Rafahdakı hərbi əməliyyata alternativləri müzakirə edəcək

ABŞ və İsrail rəsmilərinin aprelin 1-də Qəzza zolağının cənubundakı Rəfah şəhərində yəhudi dövlətinin genişmiqyaslı hərbi əməliyyatına alternativləri müzakirə edəcəyi gözlənilir. Bu barədə bazar günü Axios internet portalı məlumat yayıb.Onun mənbələrinə görə, müzakirə virtual formatda aparılacaq. İclasda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Pentaqonun, Dövlət Departamentinin və ABŞ xüsusi xidmət orqanlarının bir neçə əməkdaşı iştirak edəcək. İsrail tərəfini strateji planlaşdırma naziri Ron Dermer, Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbi, müdafiə və kəşfiyyat rəsmiləri təmsil edəcək. Gələn həftə iki ölkə rəsmiləri arasında şəxsi görüşün baş tutacağı gözlənilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön