Ana Sayfa > Özəl > Zaxarova: “İsrailin Suriyaya zərbələri təhlükəli nəticələrə səbəb ola bilər”

Zaxarova: “İsrailin Suriyaya zərbələri təhlükəli nəticələrə səbəb ola bilər”


29-03-2024, 20:44. Yazar: sevinc1
Zaxarova: “İsrailin Suriyaya zərbələri təhlükəli nəticələrə səbəb ola bilər”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Suriyaya zərbələrinin qəti şəkildə qəbuledilməz olduğunu bildirib. Bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.O xatırladıb ki, martın 28 və 29-da İsrail təyyarələri Suriya ərazisinə raket və bombalı hücumlar həyata keçirib.

Suriya Ərəb Respublikasına qarşı bu ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasını təşkil edən bu cür aqressiv hərəkətlər qəti şəkildə qəbuledilməzdir”, o qeyd edib.
O qeyd edib ki, Moskva İsrailin bu hərəkətlərini qətiyyətlə pisləyir və onların təhlükəli nəticələri ilə dolu olduğunu vurğulayıb.

Martın 24-də İsrail qırıcılarının Livanın hava məkanını pozaraq Baalbek şəhərinin kənarına raket hücumları təşkil etdiyi bildirilib. Martın 19-da Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrailin Dəməşqə doğru hərəkət edən bir neçə raketini məhv edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön