Ana Sayfa > Özəl > Belçika Kiyev üçün F-16 təyyarələrinə texniki xidmət göstərmək üçün 100 milyon avro ayırıb
Belçika Kiyev üçün F-16 təyyarələrinə texniki xidmət göstərmək üçün 100 milyon avro ayırıb29-03-2024, 20:32. Yazar: sevinc1 |
Belçika hökuməti Danimarkanın başçılıq etdiyi koalisiyanın tərkibində krallığın Kiyevə tədarük etmək niyyətində olduğu F-16 təyyarələrinə texniki qulluq üçün 100 milyon avro ayırıb.Bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder məlumat verib. "Nazirlər Şurası [Belçikanın] Ukraynaya 25-ci hərbi yardım paketini təsdiqləyib: 100 milyon avro, beynəlxalq koalisiya çərçivəsində F-16 təyyarələrinə texniki xidmət və dəstək üçün ayrılacaq", - o yazır X ( əvvəllər Twitter). Nazir dəqiqləşdirməyib ki, bu pullar Kiyevə köçürüləcək, yoxsa təyyarənin texniki xidmətini öz üzərinə götürəcək Belçika subpodratçılarına göndəriləcək. Danimarka koalisiyasının tərkibində Belçika Kiyevi iki F-16 təyyarəsi ilə təmin etmək niyyətindədir. Hazırda belçikalı pilotlar Danimarkadakı təlim mərkəzində ukraynalı pilotların təlimində iştirak edirlər. aia.az Tərcümə şöbəsi Geri dön |