Ana Sayfa > Dünya > Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ:
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ:29-03-2024, 09:45. Yazar: sevinc1 |
Qazaxıstanın Ukraynadakı səfirliyi həmvətənlərinə təhlükəsizlik baxımından Odessa və Xarkov vilayətlərini tərk etməyi tövsiyə edib. “Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstan Respublikasının Ukraynadakı Səfirliyi Qazaxıstan vətəndaşlarına bu bölgələri tərk etmək barədə düşünməyi tövsiyə edir”, - səfirliyin məlumatında deyilir. Həmçinin, səfirlik qazaxıstanlılara Ukraynadan Qazaxıstana iki yerüstü marşrutla - Polşa və ya Moldovadan keçməyi, sonra isə kommersiya aviareysləri ilə qayıtmağı məsləhət görüb. aia.az Geri dön |