Ana Sayfa > Özəl > Xarici İşlər Nazirliyi: NATO-nun Şərqi Avropadakı fəaliyyəti Rusiya ilə toqquşmaya yönəlib

Xarici İşlər Nazirliyi: NATO-nun Şərqi Avropadakı fəaliyyəti Rusiya ilə toqquşmaya yönəlib


28-03-2024, 08:56. Yazar: sevinc1
Xarici İşlər Nazirliyi: NATO-nun Şərqi Avropadakı fəaliyyəti Rusiya ilə toqquşmaya yönəlib

NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti müttəfiqləri Rusiya ilə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır.RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Departamentin məlumatına görə, bunun sübutlarından biri Rumıniya aviabazasının genişləndirilməsidir.

Bundan əlavə, nazirlik əlavə edib ki, “koalisiya potensialının sürətləndirilmiş gücləndirilməsi” Polşa və Baltikyanı ölkələrdə də aparılır.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Rusiyanın NATO ilə müharibəyə getməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırmışdı.

O, həmçinin qeyd edib ki, NATO ölkələrinin sərhədlərinə doğru irəliləyən Rusiya deyil, onlar yaxınlaşıblar.

aia.az
Tərcümə şöbəsi
Geri dön