Ana Sayfa > Özəl > Pilotsuz təyyarə Belqorodda Daxili İşlər Nazirliyinin binasına düşüb

Pilotsuz təyyarə Belqorodda Daxili İşlər Nazirliyinin binasına düşüb


27-03-2024, 18:33. Yazar: sevinc1
Pilotsuz təyyarə Belqorodda Daxili İşlər Nazirliyinin binasına düşüb

Belqorodda güclü partlayış səsi eşidilib. RT mənbələrə istinadən yazır ki, ilkin məlumatlara görə, Ukraynaya məxsus pilotsuz uçan aparat Slavyan prospektindəki inzibati binaya düşüb.Hadisə saat 16:50-də baş verib. Partlayış nəticəsində binadakı mühasibatlıqlara ziyan dəyib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə yerinə təcili tibbi yardım və təhlükəsizlik qüvvələri gəlib. Polis binanın yaxınlığındakı yolları bağlayıb.

Hələlik rəsmi məlumat yoxdur.

Ukraynanın kamikadze pilotsuz uçan aparatının zərbəsi nəticəsində ilkin olaraq 4 nəfər yaralanıb. Mash xəbər verir ki, hamısının qəlpə yaraları var.

aia.az
Tərcümə şöbəsi
Geri dön