Ana Sayfa > Siyasət > Simonyan:
Simonyan:27-03-2024, 17:29. Yazar: sevinc1 |
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb. aia.az news.am-a istinadən xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub. “İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, - Simonyan bildirib. O, müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb. Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib. “Azərbaycanlılar bu barədə açıq danışırlar”, - Simonyan əlavə edib. aia.az Geri dön |