Ana Sayfa > Siyasət > Qələbə soraqlı bayram tonqalı

Qələbə soraqlı bayram tonqalı


27-03-2024, 16:33. Yazar: sevinc1
Qələbə soraqlı bayram tonqalı

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu ilin Novruz tonqalını Xankəndişəhərinin baş meydanında qalayaraq Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbirk etdi. Dördüncü dəfədir ki, Qarabağda bayram tonqalı qalayan cənab Prezident arzuladığımız bu günü bizə bəxş etməklə əsil bayram hədiyyəsi vermiş oldu. Novruzun gəlişini Qarabağda qeyd edən ölkə başçısı Xankəndi şəhərinin mərkəzi meydanının “Zəfər meydanı” adlandırılmasını müjdələyərək bildirdi ki, qədim Xankəndi bizlərə Qarabağ xanı Pənahəli xanın yadigarıdır. Bizim xan babalarımızın saldığı bu şəhər 30 ildən artıq erməni separatistlərinin əlində olsa da bu gün azaddır. Müzəffər Ordumuz birgünlük antiterror əməliyyatı keçirməklə doğma şəhərimizi işğaldan azad elədi. Bu gün isə bütün Qarabağda, Şərqi Zəngəzurda bərpa işləri görülməklə bərabər, Xankəndidə separtizmin qalıqları ləğv edilir, şəhər öz tarixi simasına qaytarılır. Separatizm yuvası olan “parlament binası” artıq yoxdur. Şuşada da eyni vəziyyətdir. Separatçıların “parlament biması” adlandırdıqları qondarma tikilinin yerində indi beşulduz otel ucalır. Builki bayram tonqalı isə separatizmin son tör-töküntülərini birdəfəlik tarixin zibilliyinə ataraq yandırmış oldu.
Cənab prezident yerli sakinlər qarşısında çıxış edərək bildirdi ki, biz öz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik. Bu qələbəni bizə qazandıran şəhidlərimizə Allahdan rəhmət diləyən ölkə başçısı dedi: “Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.”
Bəli, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik yolunda zəfərlə addımlayan cənab Prezident İlham Əliyev bu gün ölkəmizin müstəqillik rəmzinə çevrilib və onun həyata keçirdiyi siyasət Azərbaycan xalqını qalib xalqa çevirmişdir.
Cənab Prezident bayram təbrikini belə yekunalşdırmışdır: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!”
Azərbaycanın incisi olan Qarabağda bayram tonalları əbədi olaraq yanacaq və xalqımızın qalibiyyət rəmzi olacaqdır!

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Geri dön