Ana Sayfa > Karusel / Gündəm / Təhsil > ABŞ-da keçirilən nüfuzlu robototexnika yarışmasında gənclərimiz Azərbaycanı uğurla təmsil etdi

ABŞ-da keçirilən nüfuzlu robototexnika yarışmasında gənclərimiz Azərbaycanı uğurla təmsil etdi


27-03-2024, 09:47. Yazar: sevinc1
ABŞ-da keçirilən nüfuzlu robototexnika yarışmasında gənclərimiz  Azərbaycanı uğurla  təmsil etdi

aia.az xəbər verir ki, martın 22-dən 24-dək Azərbaycanın ilk yeganə FRC komandası Mechack FİRST Robotics Competition San Diego şəhərində keçirilən yarışmada iştirak etmişdir. NASA, Google, Apple, Disney və bir çox digər şirkətlərin sponsorluğu və təşkilatçılığı ilə keçirilən FİRST Robotics Competition dünyanın ən böyük nüfuzlu robototexnika yarışması adını daşıyır.

Azərbaycanda ilk yeganə FRC komandası olan “Team Mechack 9030” ötən il artıq bu yarışmada iştirak edib və Rookie All Star Award Rookie İnspiration və Wild Card kimi bir neçə mükafat qazanıb. Bu il yeni və təkminləşdirilmiş robotları ilə onlar digər 51 robotla uğurla yarışdılar. Məktəblilər arasında keçirilən bu yarışmanın əsas məqsədi şagirdlərin robotlaşdırma sahəsinə maraqlarını artırmaq, qabiliyyətlərini üzə çıxarmaqdan ibarətdir.
Geri dön