Ana Sayfa > Siyasət / Özəl > Qələbə müjdəli bayram tonqalı

Qələbə müjdəli bayram tonqalı


27-03-2024, 09:16. Yazar: sevinc1
Qələbə müjdəli bayram tonqalı

Ölkəmizə Novruz gəlir. Hər tərəfdə qələbə ətirli yazın nəfəsi duyulur. Ölkəmzin başçısı cənab İlham Əliyev xalqmızı bayram münasibətilə Qarabağdan-Xankəndi şəhərindən salamlayaraq təbrik edib, şəhərin mərkəzi meydanında bayram tonqalı qalayıb. Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır.
Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində öz suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa etməklə 30 illik işğala son qoymuş olduq. Bu fikirləri söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır.”
“İndi isə Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”-deyə bildirən cənab Prezident qeyd edib ki, müahribədə məğlubiyyətdən sonra da nəticə çıxarmayan ermənilər bu məğlubiyyətdən dərs çıxarmış olsyadı “antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi.”
Cənab Prezident bildirib ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Xankəndi qədim Azərbaycan şəhəridir. Bu şəhərin də əsasını Qarabağ xanı Pənahəli xan qoymuşdur. O zaman bu torpaqlarda ermənilərin izi-tozu belə olmamışdır. Bu möhtəşəm binaları da Azərbaycan memarları, Azərbaycan dövlətinin vəsiti ilə inşa etmiş.lər. Bunlar tarixi binalardır və daim qorunacaqdır. Lakin separatçıların qondarma parlament binası artıq yoxdur. Şəhərin mərkəzi meydanı isə Zəfər meydanı adlandırılıb. Bu müjdəni xalqımıza verən cənab Prezident belə deyib: “Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir. Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.”
Nitqini bayram təbriki ilə sona çatdıran cənab İlham Əliyev bir daha qeyd edib ki, “Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”
Xalqı qələbədən qələbəyə aparan cənab Prezident İlham Əliyevə xalqın inamı və sonsuz məhəbbəti bu bayram ovqatlı günlərdə bir daha təsdiqini tapmış oldu.

Bəxtiyar Mustagfayev,
YAP mingəçevir şəhər təşkilatının sədri

Geri dön