Ana Sayfa > Şou-biznes > “Galaxy Note 7” problemli olduğu üçün istehsalı - DAYANDIRILDI
“Galaxy Note 7” problemli olduğu üçün istehsalı - DAYANDIRILDI11-10-2016, 12:45. Yazar: admin |
“Samsung” şirkəti “Galaxy Note 7” telefonlarının istehsalını dayandırıb. İstehsal səhvinə görə partlayan “Galaxy Note 7” telefonları öncə geri çağırılmış, texniki problem aradan qaldırıldıqdan sonra Yaponiyada yenidən istehsala buraxılmışdı. Aparılan testlər bu smartfonların özünü doğrultmadığını üzə çıxarıb. Nəticədə, “Samsung” şirkəti “Galaxy Note 7” telefonlarının istehsalını dayandırıb. Qeyd edək ki, bu smartfonlar bəzi ölkələrdə “təhlükəli maddələr” siyahısına daxil edilmiş, hətta təyyarələrdə istifadəsinə qadağa qoyulmuşdu. Geri dön |