Ana Sayfa > Qərbi Azərbaycan > Təhlükəsiz sayılan pəhrizin bilinməyən fəsadları
Təhlükəsiz sayılan pəhrizin bilinməyən fəsadları26-03-2024, 09:00. Yazar: sevinc1 |
Çin alimləri əvvəllər təhlükəsiz hesab edilən fasiləli aclığın mənfi nəticələri ola biləcəyi qənaətinə gəliblər. Bu pəhriz sutkada 16 saat yeməkdən tamamilə imtina etməyi nəzərdə tutur. Tədqiqatçılar orta yaşı 49 olan təxminən 20 min insanın məlumatlarını təhlil edərək bildiriblər ki, uzunmüddətli aclığın ürək-damar sistemi sağlamlığına digər arıqlama üsulları kimi mənfi təsirləri var. Bunun əvəzinə balanslı bir pəhriz saxlamaq və həddindən artıq yeməkdən çəkinmək tövsiyə olunur. Ürəyə faydalı qidalara gəlincə, elm adamları lobya və mərciməyi, habelə meyvə, tərəvəz, göyərti və süd məhsullarını nümunə göstəriblər. aia.az Geri dön |