Ana Sayfa > Siyasət > XİN “Krokus siti holl”da azərbaycanlıların olması ilə bağlı araşdırma aparır

XİN “Krokus siti holl”da azərbaycanlıların olması ilə bağlı araşdırma aparır


23-03-2024, 10:22. Yazar: sevinc1
XİN “Krokus siti holl”da azərbaycanlıların olması ilə bağlı araşdırma aparır

Moskva vilayətində “Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.

Bu barədə aia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

Ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.

aia.az
Geri dön