Ana Sayfa > Seçilənlər-6 > PKK öldürməyi planlaşdırdığı siyasətçilərin adlarını açıqladı – SİYAHI
PKK öldürməyi planlaşdırdığı siyasətçilərin adlarını açıqladı – SİYAHI11-10-2016, 12:16. Yazar: admin |
![]() PKK terror təşkilatı Türkiyədə mülki vətəndaşları, təhlükəsizlik qüvvələrinin əməkdaşları və polislərlə yanaşı, onlara qarşı çıxan siyasətçilərə də sui-qəsd planı hazırlayıb. Terror təşkilatının liderləri onlar kimi düşünməyənləri hədəf almaq əmri verib. İndiyə qədər bir sıra siyasətçilər qətlə yetirilib. Ötən il AKP-nin Beytüşşebap mahalının gənclər təşkilatının rəhbəri Naci Adıyaman və AKP-nin Hakkaridən millət vəkilliyinə bir nömrəli namizəd olan Ahmet Budakın öldürülüb. Dünən Van vilayəti Özalp mahalında AKP-nin şöbə müdirinin müavini Aydın Muştu övladlarının gözü önündə öldürülüb. Dünən axşam saatlarında isə Diyarbəkirdə AKP-nin mahal şöbəsinin müdiri Deryan Aktert iş yerində PKK-çılar tərəfindən qətlə yetirilib. Məlumatlara görə, PKK öldürməyi planlaşdırdığı siyasətçilərin siyahısını hazırlayıb. ![]() Geri dön |