Ana Sayfa > Dünya > "HƏMAS" və "İslami Cihad"ın 358 üzvü xəstəxanada saxlanıldı
"HƏMAS" və "İslami Cihad"ın 358 üzvü xəstəxanada saxlanıldı22-03-2024, 09:28. Yazar: sevinc1 |
İsrail ordusunun hərbçiləri Qəzza zolağının şimalındakı "Əl-Şifa" xəstəxanası ərazisində Fələstinin "HƏMAS" və "İslami Cihad" qruplaşmalarının 358 üzvünü saxlayıblar. aia.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib. ""Əl-Şifa"da əməliyyat davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu cəmləşdirməsi ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəli şəxsi saxlamışıq ki, onlardan 358-i "HƏMAS" və "İslami Cihad" terrorçularıdır", - deyə o bildirib. aia.az Geri dön |