Ana Sayfa > Şou-biznes > Türkiyənin "Qəmzəli gözəl"i vəfat etdi
Türkiyənin "Qəmzəli gözəl"i vəfat etdi22-03-2024, 07:52. Yazar: sevinc1 |
Türkiyədə “Yeşilçamın qəmzəli gözəli” kimi tanınan və bir müddət xərçəng xəstəliyindən müalicə olunan aktrisa Bahar Öztan 61 yaşında dünyasını dəyişib. aia.az xəbər verir ki, Öztanın ölümünü oğlu Yiğit Çolak sosial media hesabından paylaşımla açıqlayıb. Mərhum aktrisa sabah Şakirin məscidində qılınacaq cənazə namazından sonra Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, B. Özgün 1962-ci ildə İskenderunda anadan olub. O, sənət həyatına reklamlarda çəkilməklə başlayıb. İctimaiyyət arasında “qəmzəli gözəl” kimi tanınan sənətkar dövrün məşhur fotoromanlarında da mühüm rollar oynayıb. Öztan “Ortadirek Şaban”, “Doktor Civanım”, “Ulduzlar da Kayar” və “Eşq Qapı Çalar” kimi bir çox filmdə rol alıb. aia.az Geri dön |