Ana Sayfa > Özəl > İsrail Şifa xəstəxanasına basqın: 20 ölü, 200 həbs

İsrail Şifa xəstəxanasına basqın: 20 ölü, 200 həbs


19-03-2024, 10:10. Yazar: sevinc1
İsrail Şifa xəstəxanasına basqın: 20 ölü, 200 həbs

Qəzza sektorunu blokadaya alan İsrail Şifa xəstəxanasına 4-cü basqında 20 nəfəri öldürüb, 200 nəfəri həbs edib.İsrailin Qəzza zolağına hücumları 164 gündür davam edərkən, təxminən 30 min insanın sığındığı Qəzza zolağının şimalındakı Şifa xəstəxanasına oktyabrın 7-dən bəri 4-cü dəfə basqın edib.İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari verdiyi açıqlamada İsrail ordusunun basqın zamanı 20 nəfəri öldürdüyünü, 200 nəfəri isə həbs etdiyini bildirib.

Basqın zamanı 1 İsrail əsgərinin öldüyünü bildirən Həcəri Şifa xəstəxanasında pul və silah tapdıqlarını iddia edib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada yerli vaxtla saat 02:00-da baş verən basqında çoxlu sayda ölən və yaralananın olduğu, İsrail tanklarının xəstəxananın həyətində olduğu, raketlərin atıldığı və atəş açıldığı bildirilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön