Ana Sayfa > Şou-biznes > Yol polisi Aşura günü ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi Aşura günü ilə bağlı sürücülərə müraciət etdi


10-10-2016, 18:51. Yazar: admin



Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində məcsidlərin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndiriləcək.

Bu barədə Avtosfer.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: "Sürücülərə tövsiyə edirik ki, məscidlərin ətrafında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.
Geri dön