Ana Sayfa > Özəl > Dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər Ukraynanın silahlarına yönəldiləcək

Dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər Ukraynanın silahlarına yönəldiləcək


15-03-2024, 19:57. Yazar: sevinc1
Dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər Ukraynanın silahlarına yönəldiləcək

Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir Ukraynaya silah almaq üçün istifadə olunacaq. Bu barədə RİA Novosti məlumat yayıb.Şolz bu barədə Fransa və Polşa liderləri ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, gələn həftənin əvvəlində NATO-nun müdafiə nazirləri bu mövzunu daha ətraflı müzakirə etmək üçün Ramşteyndə görüş keçirməyi planlaşdırırlar.“Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəliri Ukraynaya silahların alınmasına maliyyə dəstəyi üçün istifadə edəcəyik” dedi.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasının Avropanı zəiflədə biləcəyini bildirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön