Ana Sayfa > Manşet / Siyasət > Hakan Fidan Zəngəzur dəhlizindən danışdı
Hakan Fidan Zəngəzur dəhlizindən danışdı15-03-2024, 11:41. Yazar: sevinc1 |
![]() Ötən 4 il ərzində beynəlxalq və regional böhranlar olub. aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib. "Eləcə də bu illər ərzində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olub”, - XİN rəhbəri vurğulayıb. Hakan Fidan qeyd edib ki, ölkələr arasında əməkdaşlığı irəli aparmaq üçün lazımi müzakirələr aparılıb: "Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq". Nazir COP29-a ev sahibliyi münasibətilə ölkəmizi təbrik edib. "Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik", - Hakan Fidan qeyd edib. aia.az Geri dön |