Ana Sayfa > Özəl > Krımda Ukrayna Silahlı Qüvvələrinin yarımadaya hücumlarına görə NATO-nun məsuliyyət daşıdığını bildiriblər
Krımda Ukrayna Silahlı Qüvvələrinin yarımadaya hücumlarına görə NATO-nun məsuliyyət daşıdığını bildiriblər15-03-2024, 09:31. Yazar: sevinc1 |
NATO ölkələri Ukrayna qoşunlarının hücumlarına və Krım bölgəsinə qarşı təxribatlara görə tam məsuliyyət daşıyır.Bu sözləri Krım Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrinets deyib. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələri Ukraynaya kəşfiyyat, silah və sursatla kömək edir. "Mənim şəxsi fikrimcə, NATO ölkələri Ukraynanın özü kimi tam məsuliyyət daşıyır və prinsipcə buna görə cavab verməlidir", - RİA Novosti həmsədrdən sitat gətirir. Bundan əlavə, o qeyd edib ki, NATO Rusiyaya qarşı açıq düşmənçiliyini nümayiş etdirir.Bundan əvvəl Krımdan olan senator, Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov demişdi ki, NATO-nun əsas məqsədi və vəzifəsi müdafiə deyil, Rusiyanın zəiflədilməsi və parçalanmasıdır. Həmçinin Krım Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəsi, Krım hökumətinin baş nazirinin müavini Georgi Muradov NATO hərbi təyyarələrinin Qara dəniz üzərində görünməsini açıq təcavüz adlandırıb. aia.az Tərcümə şöbəsi Geri dön |