Ana Sayfa > Özəl > Dəhşətli hadisə! Meksikada gizli çuxurda 132 nəfərin sümükləri aşkar edilib

Dəhşətli hadisə! Meksikada gizli çuxurda 132 nəfərin sümükləri aşkar edilib


15-03-2024, 08:40. Yazar: sevinc1
Dəhşətli hadisə! Meksikada gizli çuxurda 132 nəfərin sümükləri aşkar edilib

Meksikanın Miçoakan əyalətində gizli çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərin sümüklərinin aşkar edildiyi açıqlanıb.
Meksika mətbuatında yer alan xəbərə görə, əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə xəbər verildikdən sonra qazıntı işləri aparılıb.Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb.

Sümüklər Ədliyyə Tibb Mərkəzinə aparılıb ki, şəxsiyyətin müəyyənləşdirilməsi işlərinə başlansın.

Dövlət Prokurorluğundan verilən açıqlamada ərazidə qazıntı işlərinin davam etdiriləcəyi bildirilib.

aia.az
tərcümə şöbəsi
Geri dön