Ana Sayfa > Parlament > 9 manata seks: aradüzəldən kişi və qadın iş başında yaxalandı
9 manata seks: aradüzəldən kişi və qadın iş başında yaxalandı10-10-2016, 18:09. Yazar: admin |
Bu barədə rayon Polis Şöbəsindən məlumat verilib Sabirabad rayonunda kafelərin birində əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Sabirabad rayon Polis Şöbəsindən məlumat veruilib. Məlumata görə, əxlaqsızlıq yuvası rayonun Şəhriyar kəndinin ərazisində aşkarlanıb. Həmin kəndin ərazisində yerləşən kafelərdə əxlaqsızlıq yuvaları təşkil edilməsi müəyyən edilib. Polisin keçirdiyi əməliyyat nəticəsində kafenin sahibi, Şəhriyar kənd sakini Çingiz Əliyev və onun yaxını olan Saatlı rayon sakini Laləzar Mehdiyeva saxlanılıblar. Onların əxlaqsızlıq yuvasında bir neçə qadını fahişəliyə məcbur etdikləri, onların əməyi nəticəsində pul qazandıqları məlum olub. Hər bir qadın üçün müştəridən 20 manat aldıqları, aldıqları puldan cinsi istismara məruz qalan qadına isə 9 manat vermələri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. teleqraf.com Geri dön |