Ana Sayfa > İdman > “Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxa bilər
“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxa bilər14-03-2024, 16:00. Yazar: sevinc1 |
“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”lə keçiriləcək oyunu buraxa bilər. aia.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. “Kəpəz”lə XXVI turun matçında (3:3) zədələnən kapitanın qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək. Bərpa və müalicə prosesini davam etdirən qapıçı Emil Balayev, müdafiəçi Azər Əliyev və yarımmüdafiəçi Ataa Caber isə qəsəbə təmsilçisi ilə matçda məşqçilər korpusunun sərəncamında olmayacaqlar. Qeyd edək ki, martın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 19:00-da başlayacaq. aia.az Geri dön |