Ana Sayfa > Siyasət > “Avropadakı münaqişələr artıq qapımızdadır” –

“Avropadakı münaqişələr artıq qapımızdadır” –


14-03-2024, 11:11. Yazar: sevinc1
“Avropadakı münaqişələr artıq qapımızdadır” –

Ukraynada davam edən müharibə sülhün qısa zamanda pozula biləcəyini göstərdi.

aia.az xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay (Bajram Begaj) Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Avropadakı problemlər qapımızın kandarındadır. Biz təhlükəsizliklə bağlı gücümüzü birləşdirməliyik. Avropa təhlükəsizlik siyasətini birləşdirməlidir: “Albaniya təhlükəsizliyə və sülhə töhfə vermək imkanındadır. Albaniyanın Avropanın təhlükəsizliyinə dəstəyi davam edəcək, NATO daxilində bütün təhlükəsizlik tədbirlərində iştirak edəcəyik. Albaniya təhlükəsizlik və dialoqu təşviq edir”.

aia.az
Geri dön