Ana Sayfa > Manşet > Əliyev, Ərdoğan və Putin bir arada

Əliyev, Ərdoğan və Putin bir arada


10-10-2016, 16:50. Yazar: admin


Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin enerji forumu başlamamışdan öncə qısa söhbət ediblər.

Bu barədə RİA Novosti xəbər verir.

Üç ölkənin liderləri yanaşı oturublar. Onlar zalda yerlərində əyləşdikdən sonra nəyisə müzakirə ediblər.

Dünya Enerji Konqressi işinə bu gün başlayıb və 13 oktyabra qədər davam edəcək.

Forumda iştirak edən ölkələrin müxtəlif görüş və danışıqlarının gedişatı zamanı neftin qiyməti ilə bağlı vəziyyəti müzakirə edəcəkləri nəzərdə tutulub.
Geri dön