Ana Sayfa > İdman > Emin Mahmudovun son durumu açıqlandı

Emin Mahmudovun son durumu açıqlandı


12-03-2024, 14:27. Yazar: sevinc1
Emin Mahmudovun son durumu açıqlandı

“Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.

Klubdan aia.az-a verilən məlumata görə, Premyer Liqanın XXVI turunda “Kəpəz”lə səfər oyununda zədələnən yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunub.

31 yaşlı futbolçunun bağlarında ciddi zədə olmadığı bildirilib. Artıq müalicə prosesinə başlanılıb. Emin Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.

Qeyd edək ki, Emin Mahmudov 3:3 hesabı ilə yekunlaşan “Kəpəz”lə görüşün 78-ci dəqiqəsində əvəzlənib. “Ağ-qaralar” növbəti matçını martın 15-də “Səbail”ə qarşı keçirəcək.

aia.az
Geri dön