Ana Sayfa > Manşet > MSK sabah referenduma yekun vuracaq

MSK sabah referenduma yekun vuracaq


10-10-2016, 16:25. Yazar: admin


Sabah Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vuracaq.

MSK sabah keçiriləcək iclasında referenduma yekun vuracaq və referendumun nəticələrini rəsmi bildiriş kimi elan edəcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən başlayaraq 25 gündən gec olmayaraq referenduma yekun vurmalı və referendumun nəticələrini rəsmi bildiriş kimi elan etməlidir.
Geri dön