Ana Sayfa > Siyasət / Özəl > Proqram xarakterli çıxış

Proqram xarakterli çıxış


12-03-2024, 10:05. Yazar: sevinc1
Proqram xarakterli çıxış

10 mart 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilər ölkədə həyata keçirilən islahatları özündə təcəssüm etdirdi. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak və geniş nitqlə çıxış edən cənab Prezident İlham Əliyev bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək və vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi. Ölkə başçısı nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi, islahatlar, parlamentdə baş verən dəyişikliklərlə bağlı təhlillər apardı. ənab İlham Əliyev qeyd etdi ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır;
Ölkə başçısı tövsiyə etdi ki, İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclər olduğunu bildirən ölkə başçısı bildirdi ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.
Yeni formalaşmış Milli Məclis Azərbaycanda növbəti illər üçün həm cəmiyyət, həm də parlament daxilində yeni ünsiyyət, yeni dialoq platforması formalaşmasını ifadə edəcəyinə əmin olduğunu bildirən ölkə başçısı bildirdi ki, çoxpartiyalı parlamentin ilk iclasında yeni rəhbərliyin, eləcə də, komitə rəhbərliyinin seçimində bu amil özünü ifadə edir. Bu fakt siyasi plüralizmin təzahürü olmaqla yanaşı, siyasi dialoq sisteminin yeni mərhələdə formalaşmasının göstəricisidir. Cənab Prezident çıxışında cəmiyyətə səslənərək bundan sonra da siyasi dialoqun daha geniş vüsət alması üçün tərəflərin açıq dialoqa hazır olmasının işarəsini verdi və bunun üçün münbit şərait yaradıldığını qeyd etdi.
Prezident Administrasiyasının nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirdiyini bildirən cənab Prezident bildirdi ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.
Məhz bu amili xüsusi dəyərləndirmək lazımdır. Çünki bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, 50 siyasi partiya birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində yaranmış vahid mövqe, möhtəşəm Qələbəmizi şərtləndirən amillərdən biri oldu.
Cənab Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün də, cəmiyyət üçün də, “yol xəritəsi” oldu, qələbələrimizin əsasın təşkil etdi.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Geri dön