Ana Sayfa > Siyasət > Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə mühüm strateji layihələri müzakirə edib
Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə mühüm strateji layihələri müzakirə edib12-03-2024, 08:45. Yazar: sevinc1 |
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib. aia.az xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib. Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və yaxın dostluq münasibətləri, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. “Ölkələr arasında iqtisadi, nəqliyyat və enerji tərəfdaşlığının inkişaf perspektivlərinə də diqqət yetirilib. Eləcə də mühüm strateji layihələr müzakirə olunub. Söhbət zamanı regional vəziyyətə toxunulub, sülh və sabitliyin vacibliyi vurğulanıb”, - deyə səfirliyin məlumatında bildirilib. Geri dön |