Ana Sayfa > Özəl > Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətini atəşə tutur

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətini atəşə tutur


12-03-2024, 08:31. Yazar: sevinc1
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətini atəşə tutur

Belqorod vilayətinin Qrayvoronski şəhər rayonu Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional qərargahı teleqram kanalında məlumat yayıb.“RSChS: Qrayvoronski şəhər dairəsi, Qorkovski kəndində atəş açılır. Zirzəmiyə (sığınacağa) enin”, - mesajda deyilir.
Bundan başqa, martın 12-nə keçən gecə Belqorod vilayətində dron elektrik xətlərini zədələyib, nəticədə 7 yaşayış məntəqəsi işıqsız qalıb. Ölən və yaralananlar olmayıb.Xatırladaq ki, martın 10-na keçən gecə Ukrayna növbəti dəfə sərhədyanı ərazilərə hücuma cəhd edib. Kursk vilayətində mərmi atəşi nəticəsində bir qadın həlak olub, əri ağır yaralanıb. Qorlovkada bir neçə nəfər xəsarət alıb. Belqorod vilayətində düşmənin iki pilotsuz uçan aparatı itkisiz məhv edilib. Müdafiə Nazirliyi bildirib ki, onlar Kiyevin Belqorod vilayətində təyyarə tipli dronlardan istifadə etməklə terror aktı törətmək cəhdlərinin qarşısını alıblar.

aia.az
Tərcümə şöbəsi
Geri dön