Ana Sayfa > Manşet / Gündəm > Ermənilər mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərdi

Ermənilər mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərdi


11-03-2024, 16:26. Yazar: sevinc1
Ermənilər mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərdi

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

aia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

aia.az
Geri dön